İspaniyanın AVRO-2024-ə namizəd heyəti açıqlanıb

Bakı, 27 may, Sporaz.tv

AVRO-2024 B qrupunda Xorvatiya, İtaliya və Albaniya ilə qarşılaşacaq İspaniya millisinin namizəd heyəti açıqlanıb.

Sporaz.tv xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi AVRO-2024 üçün geniş namizəd heyətini açıqlayıb. Heyətdə 29 futbolçu var idi.

İspaniya millisinin tam namizəd heyəti aşağıdakı kimidir:

Qapıcı: Unai Simon, Raya, Remiro.

Müdafiə: Carvajal, Navas, Laporte, Le Normand, Nacho, Vivian, Cubarsi, Grimaldo, Cucurella.

Mərkəz: Rodri, Zubimendi, Fabian, Merino, M.Llorente, Pedri, Garcia, Baena, Fermin Lopez.

Hücum: Morata, Joselu, Oyarzabal, Olmo, F. Torres, Nico Williams, Lamine Yamal , Ayoze Perez.

Bahar Rüstəm