İspaniyanın avantajı “De La Fuente”

Bakı,16 may,Sporaz.tv

AVRO-2024-ün favoritləri arasında yer alan İspaniya yığmasının baş məşqçisi Luis De La Fuente 2013-cü ildən millinin müxtəlif kateqoriyalarında çalışıb və bir çox futbolçuları illərdir yaxından tanıyıb.

2024-cü il Avropa Futbol Çempionatı öncəsi federasiyada yaşanan böhranlarla mübarizə aparan İspaniya gündəmdən uzaq turnirdə mübarizə aparmaq istəyir. Belə bir mühitdə təcrübəli məşqçi Luis De La Fuentenin üzərinə böyük iş düşür. 62 yaşlı məşqçi 2013-cü ildə 15 yaşadək futbolçulardan ibarət milli komandanın məşqçisi kimi qoşulduğu federasiyada 11 ildir ki, çalışır. Bu səbəbdən bir çox futbolçunun yetişməsinə böyük töhfəsi var. Pedri, Mikel Oyarzabal, Fabian Ruiz, Mikel Merino, Marco Asensio ve Dani Olmo kimi gənc ulduzlar bu adlardan yalnız bir neçəsidir.

2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət milli komanda ilə, 2019-cu ildə isə 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə Avropa çempionatının qalibi olan De La Fuente, keçən il A Komandası ilə də Millətlər Liqasının çempionu olub. “Barcelona“nın gənc ulduzları Lamine Yamal ve Pau Cubarsi ile Real Madrid’den Dani Carvajal, Atletico Madrid’den Alvaro Morata kimi təcrübəli futbolçularla qarışığının mükəmməl olacağına inanan məşqçi İspaniyanın dünyanın ən yaxşı futbolçularını yetişdirdiyini deyir:

“Mən ispan futbolunu yaxşı bilirəm və inanıram ki, biz dünyanın ən yaxşı oyunçularını yetişdiririk. Ancaq çempion olmaq üçün komanda şəklində oynamaq lazımdır. Biz ahəngdar insanların böyük bir qrupunu birləşdirdik. İndi qoy futbol danışsın. Güvənə biləcəyimizə inandığım istedadlı futbolçular bu hekayənin əsl ulduzları olsun”.