Bakı, 5 noyabr, Sporaz.tv
İspaniyada baş verən daşqınlar zamanı “Barcelona” (Barselona) klubunun hücumçusu Robert Levandovskinin yaşadığı evə ziyan dəyib.
Sporaz.tv xəbər verir ki, bu barədə polşalı hücumçunun həyat yoldaşı sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, yolları su basdığı üçün 37 yaşlı oyunçu komandanın məşqinə getməkdə çətinlik yaşayıb.
Qeyd edək ki, son məlumatlara əsasən ölümcül daşqınlar səbəbilə ölkədə 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq altında qalıb.