İspaniyada irqçiliyə görə 4 nəfər saxlanılıb

Bakı, 24 oktyabr, Sporaz.tv

İspaniyada Viniciusa qarşı irqçi kampaniyaya başlayan 4 nəfər saxlanılıb.

Sporaz.tv xəbər verir ki, İspaniya Milli Polisi sentyabrın 29-da oynanılan “Atletico Madrid” – “Real Madrid” matçından əvvəl sosial media saytlarında Vinisiusa qarşı nifrət dolu, irqçi kampaniya başlatdıqları təsbit edilən 4 nəfərin saxlanıldığını açıqlayıb.

İspaniya polisi sözügedən şəxslərin “nifrət və irqçilik salmaqda günahlandırıldığını” açıqlayıb və başqa həbslərin də ola biləcəyini bildirib.

Son vaxtlar İspaniya futbolunda artan irqçilik hallarına qarşı tədbir və sanksiyaların artırıldığı müşahidə edilir. İrqçi ritorikaya ən çox məruz qalan futbolçulardan biri olan Viniciusla bağlı iki fərqli hadisədə İspaniya məhkəməsi keçən iyun və sentyabr aylarında 4 nəfəri həbs, pul cəzası və idman yarışlarına qadağa qoyub.

Məhəmməd Qasımov