Bakı, 5 oktyabr, Sporaz.tv
Bu gün İspaniya La Liqasının 9-cu turunun növbəti oyunu baş tutub.
Sporaz.tv xəbər verir ki, “Espanyol” doğma meydanda “Mallorca“-nı qəbul edib. Matç, ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
18-ci dəqiqədə hesabı “Espanyol” komandasının futbolçusu Marash Kumbulla açmağı bacarıb. Jofre Carreras isə 47-ci dəqiqədə özünün birinci, komandasının ikinci qoluna imza atıb.
“Mallorca” komandasının yeganə qolunu 68-ci dəqiqədə Antonio Raillo atıb.
Bu gün İspaniya La Liqasının daha bir oyunu baş tutacaq. 23:00-da Real – Villarreal komandaları qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.