İspaniya klubu müdafiəçisi “Bornmut”da

Bakı, 11 avqust, Sporaz,tv

İspaniya “Barcelona”sının müdafiəçisi Julian Araujo İngiltərə Premyer Liqasının təmsilçisi “Bornmut”a keçib.

Sporaz.tv xəbər verir ki, bu barədə nüfuzlu futbol insayderi Fabritsio Romano  sosial şəbəkədə bildirib.

Sənədlər artıq möhürlənib. O qeyd edib ki, Kataloniya təmsilçisi bu transferdən 10 milyon avro qazanacaq, lakin İspaniya qrandı onu geri satın almaq hüququna sahib olmayacaq.

İnsayderə görə, Araujo bu gün İngiltərəyə yollanacaq. Tibbi yoxlanışın isə bazar ertəsi yekunlaşması gözlənilir.

Mənbə: Report