“İspaniya” işi ilk hissədə başa vurub

Bakı, 15 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa Çempionatının (AVRO-2024) B qrupunun ilk oyununda İspaniya Xorvatiyanı ilk hissədə vurduğu qollarla 3:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün B qrupunun ilk oyununda İspaniya və Xorvatiya milliləri üz-üzə gəlib.

29-cu dəqiqədə Alvaro Morata, 32-ci dəqiqədə Fabian Ruiz və 45-ci dəqiqədə Daniel Carvajalın vurduğu qollarla İspaniya 3:0 hesablı qələbə qazanıb.

İspaniya B qrupundakı ikinci matçında İtaliya ilə qarşılaşacaq. Matç iyunun 20-də baş tutacaq.