İspaniya “Fenerbahçe”nin istədiyi oyunçunu açıqladı

Bakı, 22 iyun, Sporaz.tv

Mərkəz hücumçusu transfer axtarışlarını davam etdirən “Fenerbahçe“nin “Atletico Madrid“lə müqaviləsi başa çatan Memphis Depayla maraqlandığı iddia edib. İspaniya mətbuatında yer alan xəbərə görə, sarı-göylü komanda Atletico Madriddən iki futbolçu daha istəyir.

Sporaz.tv məluamat verir ki, transfer çalışmalarını davam etdirən “Fenerbahçe” Michy Batshuayi ilə yollarını ayırdıqdan sonra hücumçu axtarışlarını sürətləndirib.

İyunun 30-da müqaviləsi bitəcək və klubun ən çox maaş alan oyunçularından biri olan Depay üçün “Atletico” yeni müqavilə təklif etməyəcək.

Bonus alacaq ulduz futbolçunun transferi üçün addım atacaq klubun Jose Mourinhonun rəhbərliyi altında iddialı heyət hazırlamağa çalışan “Fenerbahçe” olduğu bildirilib.

Xəbərin təfərrüatında sarı-göylü komandanın maraqlandığı yeganə Atletico Madrid oyunçusunun Depay olmadığı da bildirilib. “Fenerbahçe” ötən mövsüm icarə əsasında çıxış edən Çağlar Söyüncü ilə yanaşı, ispaniyalı hücumçu Alvaro Moratanı da heyətinə qatmaq istəyir.

30 yaşlı hollandiyalı hücumçu ötən mövsüm 33 matçda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.