Bakı, 10 iyul, Sporaz.tv
Futbol üzrə Avropa çempionatının yarımfinalında İspaniya və Fransa milliləri üz-üzə gəlib. İspaniya ilk yarıda vurulan qollarla matçda 2-1 qalib gələrək finala yüksəlib.
AVRO-2024-ün yarımfinalında İspaniya və Fransa milliləri üz-üzə gəlib. Hesab matçın ilk yarısında müəyyənləşib.
Qarşılaşmada İspaniya 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Fransa 9-cu dəqiqədə Kolo Muani ilə hesabda önə keçib.
21-ci dəqiqədə Lamine Yamal və 25-ci dəqiqədə Dani Olmonun vurduğu qollar İspaniyaya qələbə qazandırıb.
İspaniyanın rəqibi Hollandiya – İngiltərə matçından sonra müəyyənləşəcək. Final oyunu iyulun 14-də Berlində keçiriləcək.
9-cu dəqiqədə Kolo Muani Mbappenin ötürməsindən başla zərbə ilə komandasını hesabda irəli çıxarıb.
14-cü dəqiqədə Jesus Navas Rabioya qarşı kobud oyuna görə sarı vərəqə alıb.
25 dəqiqədə Dani Olmo cərimə meydançasında topu qarşısında tapdı. Dani Olmonun zərbəsi Koundeyə dəydikdən sonra fərqləndi.
İspaniya: Unai Simon, Navas, Nacho, Laporte, Cucurella, Olmo, Rodri, Fabian Ruiz, Lamine Yamal, Morata, Williams.
Fransa: Maignan, Kounde, Saliba, Upamecano, Hernandez, Kante, Tchouameni, Rabiot, Dembele, Kolo Muani, Mbappe.
İspaniya Milli Futbol Komandası 6-cı dəfə Avropa çempionatında yarımfinalçı olub.
1964, 1984, 2008, 2012 və 2020-ci illərdə keçirilən turnirlərdə yarımfinala yüksələn İspaniya bu uğuru AVRO-2024-də 6-cı dəfə təkrarlayıb. İspanlar bu yarımfinalların 4-də qalib gəlib, 1-də isə mübarizədən yayına bilməyib.
Tarixində 3 Avropa çempionluğu olan İspaniya bir dəfə ikinci olub.
Didier Deschampsın baş məşqçisi olduğu Fransa turnir tarixində 6-cı dəfə yarımfinal mərhələsinə yüksəlib.
1984 və 2000-ci illərdə AVRO-nun qalibi olan Fransa 2016-cı ildə finalda çıxış edib. Fransızlar 1960 və 1996-cı illərdə yarımfinaldan keçə bilməyiblər.