İsmayıl Köybaşı ümidlidir

Bakı,24 may,Sporaz.tv

Göztepe” komandasının kapitanı İsmail Köybaşı Super Liqada azarkeşləri önündə keçirəcəkləri ilk oyunu səbirsizliklə gözlədiyini və İzmir komandasının Super Liqada uğurlu nəticələr qazanacağına əmin olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, İsmail Köybaşı verdiyi açıqlamada Super liqaya yüksəldikləri üçün çox xoşbəxt olduqlarını bildirərək: “Hisslərim sözlə ifadə edilə bilməz. “Göztepe” yenidən layiq olduğu yerə gəldi. Təsadüfi olmayan bir uğurun parçası olmaqdan qürur duyuram. Super Liqada oynayacağımız ilk matçı səbirsizliklə gözləyirəm“.

“Göztepe”nin korporativ təşkilati quruluşu ilə Super Liqada uğur qazanacağına inandığını vurğulayan İsmayıl, “Göztepe Super liqa mədəniyyətinə sahib bir klubdur. Avropa mədəniyyətini ilk yaşayan komandalardan biridir. Biz özümüzdən xəbərdarıq. “Düşünürəm ki, başda Mehmet Sepil, idman direktorumuz İvan Mance və CEO-muz Kerem Ertan olmaqla, təşkilatın hər bir üzvü üzərinə düşəni edir və Göztepe inkişaf edəcək”.

Vüqar ALIŞOV