İsmayıl Kartalın “Beşiktaş” derbisi planı açıqlanıb

Bakı, 26 aprel , Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)nın baş məşqçisi İsmail Kartal “Beşiktaş” derbisinin planını müəyyən edib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 34-cü həftəsində derbidə “Beşiktaş”ı qəbul edəcək. “Fenerbahçe”(Fənərbaxça) nın baş məşqçisi İsmail Kartal, futbolçuları ilə görüşdə ilk yarıdakı təzyiq və erkən qollara diqqət çəkib. Sporaz.tv-nin məlumatına əsasən, təcrübəli məşqçi Beşiktaş derbisində cinah təşkilatlarına diqqət yetirəcək, Beşiktaşın ən zəif nöqtəsinin cinah müdafiəçiləri olduğunu düşünən İsmail Kartal, Tadiç-Ferdi Kadıoğlu və İrfan Can Kahveci ilə mövqe axtaracaq. “Fenerbahçe”(Fənərbaxça)-“Beşiktaş” matçı sabah saat 19:00-da başlayacaq.

Bahar Rüstəm