Bakı, 22 oktyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça)-də zədəsini sağaldan İsmail Yüksek komandaların məşqlərinə başlayıb. Türkiyəli futbolçunun “Manchester United“(Mançester Yunayted)-lə oyun üçün heyətdə olması planlaşdırılır.
Sporaz.tv məlumat verir ki, çiynindən zədə alan və bir müddətdir formasından uzaq düşən İsmail Yüksekdən “Fenerbahçe”-yə şad xəbər gəlib.
Zədəsi sağalan İsmail Yüksek, bugünkü məşqdə “Fenerbahçe” komandası ilə çalışıb.
25 yaşlı futbolçunun, UEFA Avropa Liqası çərçivəsində oktyabrın 24-ü, cümə axşamı, saat 23:00-da “Manchester United”-lə keçiriləcək oyun üçün heyətdə yer alması planlaşdırılır.