İsmail Yüksek üçün 20 milyon Avro gözlənti

Bakı, 12 sentyabr, Sporaz.tv

Avropanın aparıcı klublarının “Fenerbahçe“(Fənərbağça)-nin forvardı İsmail Yüksek ilə maraqlandığı iddia edilib. “Fenerbahçe” rəhbərliyi, İsmailYüksekdən ən az 20 milyon avro transfer gəliri gözləyir.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin uğurlu yarımmüdafiəçisi İsmail Yüksekə Avropa klublarının marağının artdığı iddia edilib.

Son aylarda “Atletico Madrid“-in 3 milyon avroluq icarə təklifi sarı-göylülər rəhbərliyi tərəfindən rədd edilmişdi.

Rəhbərliyin İsmail Yüksekdən minimum 20 milyon Avro transfer haqqı gözlədiyi öyrənilib.

25 yaşlı forvardla Fransanın “Lyon” və “Marsilya“(Marsel) klubları, eləcə də Almaniya klubları maraqlanır.

Bu arada “Fenerbahçe” ilə 2027-ci ilə qədər müqaviləsi olan İsmailın maaşının yaxşılaşdırılmasına qərar verilib.

İsmail Yüksekin sarı-göylü komandada çempionluq qazandıqdan sonra Avropaya transfer olmağı hədəflədiyi bildirilib.

Leave a Reply