İsmail Kartaldan sürpriz hərəkət

Bakı,12 may,Sporaz.tv

Fenerbahçe“nın baş məşqçisi İsmail Kartal Kayserispor” matçının start fitindən əvvəl meydana daxil olub və futbolçularına motivasiya xarakterli nitq söyləyib. İsmayıl Kartalın bu hərəkəti tərəftarlar tərəfindən böyük alqışlarla qarşılanıb.

Spoaz.tv xəbər verir ki, “Fenerbahçe”nin baş məşqçisi İsmail Kartal “Kayserispor” matçının başlamasına saniyələr qalmış sürpriz hərəkət edib.

Təcrübəli məşqçi meydana daxil olub, komandanı başına yığıb və son motivasiya çıxışını edib.

İsmail Kartalın iddialı imici efirdə əksini tapsa da, 62 yaşlı çalışdırıcının bu hərəkəti azarkeşlər tərəfindən böyük alqışlarla qarşılanıb.

İsmayıl Kartal matçdan əvvəl verdiyi açıqlamada bu sözləri deyib:

“Bəzi zədəli futbolçularımızın son məşqdə yaşadıqlarına görə matça məcburi rotasiya ilə başlayacağıq. Hansı oyunçu ilə başlasaq da, hər matça qələbə üçün çıxırıq”.

“Bu axşam yaxşı mübarizə aparmaq, yaxşı oynamaq və 3 xal qazanmaq istəyirik. Axı həftə ərzində bəzi futbolçularımızı bəzi mövqelərdə sınadıq, onlarla başlayacağıq. Bu görüşdə qalib gəlib yolumuza davam etmək istəyirik”.

“Kayserispor” yaxşı komandadır. Planlarımızı rəqibə uyğun qurmuşuq. Bütün futbolçularımıza güvənirəm. Hansı oyunçu ilə oynamağımızdan asılı olmayaraq, yaxşı oyunla qalib gələcəyimə ümid edirəm”.

Bahar Rüstəm