İsmail Kartaldan sürpriz derbi qərarı

Bakı,16 may,Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın baş məşqçisi İsmail Kartal Galatasaray (Qalatasaray) matçı öncəsi heyət planlaması üçün hazırlıqlara başlayıb.

Sporaz.tv xəbər verir ki, çətin derbi öncəsi cəzalı və zədəli futbolçular, baş məşqçiyə start 11-i müəyyən etməyi çətinləşdirir.

İsmail Kartal “Kayserispor”la derbi matçında forvard libero mövqeyinə təyin etdiyi Djikunu yenidən mərkəz müdafiəçisinə transfer edəcək.
Müdafiə xəttində problem istəməyən təcrübəli məşqçi,uzun fasilədən sonra yarımmüdafiədə Kruniçə şans verəcək.

Fenerbahçe (Fənərbaxça)-da baş tutacaq çətin derbi öncəsi Becao cəzalı, İrfan Can Kahveci və İsmail Yüksek zədəlidir.İrfan Can Kahvecinin yoxluğunda Cengiz Ünderin oynayacağı gözlənilir.
Edin Dzeko, Dusan Tadiç, Mişi Batshuayi və Ferdi Kadıoğlu sarı-göylülər üçün kart limitindədir.Bu futbolçular derbidə sarı vərəqə alsalar, liqanın son həftəsində keçiriləcək “İstanbulspor” matçında meydana çıxa bilməyəcəklər.

Xatırladaq ki, Superliqanın 37-ci həftəsində Fenerbahçe (Fənərbaxça) səfərdə Galatasaray (Qalatasaray)- ın qonağı olacaq.