İsmail Kartaldan Krunic qərarı

Bakı, 1 may, Sporaz.tv

Mövsümü “Fenerbahçe”(Fənərbaxça)da başa vuran İsmail Yüksekin boşluğunu hansı futbolçunun dolduracağı maraq doğurur. İsmail Kartalın Rade Kruniçə liqanın qalan hissəsində şans verəcəyi gözlənilir.

Sporaz.tv  xəbər verir ki, “Fenerbahçe”(Fənərbaxça)da 6 nömrəli formada hansı futbolçunun oynayacağı maraq doğurur. İsmayıl Yüksekin zədəsindən sonra forma üçün ən güclü namizədin Rade Kruniç olduğu bildirilib.

Namizədlər arasında Ciku və Mert Hakanın da nəzərdə tutulduğu, baş məşqçi İsmail Kartalın isə Bosniya və Herseqovinadan olan futbolçuya üstünlük verdiyi bildirilib.

İsmail Kartal mövsümün əvvəlində və qış transfer mövsümündə komandaya qoşulmaqda israrlı olduğu Kruniçlə təkbətək görüşüb.

Kartal futbolçusuna əsl keyfiyyətini meydanda əks etdirməli olduğunu bildirib və liqanın qalan hissəsində ona güvəndiyini Kruniçə çatdırıb.

Rade Kruniç bu mövsüm liqada 12 matçda iştirak edib.

85 faizlik ötürmə dəqiqliyi ilə çıxış edən 30 yaşlı futbolçu rəqib yarıda 83 faizlik ötürmə dəqiqliyi ilə diqqət çəkib.

Bosniya və Herseqovinadan olan futbolçu hər matçda orta hesabla 2,7 topla geri qazanıb.

Vüqar Alışov