İsmail Kartal “Kayserispor” ilə 11ci matçı müəyyənləşir

Bakı,10 may,Sporaz.tv

Trendyol Super Liqasında “Mondihome Kayserispor“la qarşılaşacaq “Fenerbahçe“(Fənərbaxça) hazırlıqlarını davam etdirir. Baş məşqçi İsmail Kartalın meydana çıxmağı planlaşdırdığı heyət bəlli olmağa başlayıb.

“Fenerbahçe”(Fənərbaxça) Trendyol Super Liqasının 36-cı həftəsində qarşılaşacağı “Mondihome Kayserispor” matçının hazırlıqlarını davam etdirir.Qolu Dominik Livakovicə həvalə etməyi planlaşdıran baş məşqçi İsmail Kartalın müdafiə xəttini kimin təşkil edəcəyi maraq doğurur.

Osayi Samuelin zədəsi və Mert Müldürün cəzalı olması səbəbindən; Ferdi Kadıoğlunun sağ cinah müdafiəçisi kimi çıxış edəcəyi öyrənilib. Həkimlər komandası razılıq versə, komanda ilə məşqlərə başlayan Jayden Oostervolde sol cinahda çıxış edəcək.Mərkəz müdafiəçi tandemində xarici sərhədə görə qeyri-müəyyənlik hökm sürərkən; Seçim Djiku, Çağlar və Becao arasında olacaq.

İsmail Yüksekin zədəsinin ardından; “Fenerbahçe”(Fənərbağça)nın yarımmüdafiə xəttində ən güclü ehtimal Fredlə Kruniçin yan-yana oynamasıdır.

10 nömrəli mövqedə sarı-göylülərin ən təsirli oyunçularından olan Sebastian Şimanskinin ilk 11-də start alacağı gözlənilir.Digər tərəfdən, İrfan Can Kahvecinin zədəsindən sonra sağ cinahı Cengiz Ünder idarə edəcək. Sol cinahda Duşan Tadiç çıxış edəcək. Kartal hücumçuda kapitan Edin Dzeko və ya Michy Batshuayi arasında seçim edəcək.