İrfan Can Kahvecinin təklifinin detalları açıqlandı

Bakı, 4 sentyabr, Sporaz.tv

Fenerbahçe” rəhbərliyi daxili transferdə düyməni basıb. “Sarı-göylülər” iki ulduz futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” mövsümün sonunda müqaviləsi bitəcək futbolçularla danışıqlara hazırlaşır. “Fenerbahçe” müqavilənin uzadılması danışıqlarında İrfan Can KahveciBright Osayi-Samuelə üstünlük verib. “Sarı-göylülər” 2021-ci ildə heyətinə qatdığı İrfan Can Kahveciyə böyük maaş verməyə hazırlaşır.

“Fenerbahçe”də illik 15 milyon lirə qazanan İrfan Can Kahvecinin maaşının 50 milyon lirəyə qaldırılacağı iddia edilib.

“Sarı-göylü” komandanın qısa müddətdə türk futbolçu ilə anlaşacağı gözlənilir. Bright Osayi-Samuel ilə danışıqlar bir az daha uzun çəkə bilər.

İrfan Can Kahveci ilə eyni dövrdə “Fenerbahçe”nin heyətinə qatılan futbolçunun illik maaşı 1,8 milyon avrodur. Bu rəqəmi aşağı görən nigeriyalı futbolçunun 2,5 milyon avro istədiyi iddia edilib. Rəhbərlik Osayi-Samuellə danışıqlardan sonra orta yol tapmağı hədəfləyir.

Bahar Rüstəm