İrfan Can Kahvecidən Fenerbahçe qərarı

Bakı, 18 iyul, Sporaz.tv

Ötən mövsüm “Fenerbahçe “də karyerasını başa vuran İrfan Can Kahveci yoluna sarı-göylü komanda ilə davam etmək istəyir. Gələn il müqaviləsi başa çatacaq futbolçunun komandada qalmaq üçün yalnız bir şərt irəli sürdüyü iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, ötən mövsümün ulduzlarından olan İrfan Can Kahveci Səudiyyə Ərəbistanından gələn təkliflərə qulaq asıb.

Müqaviləsi gələn il başa çatacaq milli futbolçu bir şərtlə Fenerbahçedə qalmaq istəyir.

Məzənnə dəyişikliyinə görə qazancı 700 min avroya qədər azalan İrfan Can Kahveci “Fenerbahçe”dən yeni müqaviləsində irəliləyişlər gözləyir.

Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı gözlənilir.

İrfan Can Kahveci ötən mövsüm “Fenerbahçe”nin heyətində 46 oyun keçirib.

29 yaşlı futbolçu bu matçlarda 18 qol vurub, 22 məhsuldar ötürmə edib.