İrfan Can Kahveci üçün kritik aylar

Bakı, 24 oktyabr, Sporaz.tv

İrfan Can Kahvecinin “Fenerbahçe“(Fənərbaxça) ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Məsələ ilə bağlı türkiyəli futbolçunun meneceri danışıb.

Sporaz.tv məlumat verir ki, 2020-2021 mövsümündə “Fenerbahçe”-yə transfer olunan İrfan Can Kahvecinin müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq. Sarı-göylər hələ də türkiyəli futbolçu ilə müqavilə imzalamayıb. İrfan Can Kahveci “Fenerbahçe” ilə müqaviləsini yanvar ayına qədər uzatmasa, müqaviləsinin bitməsinə 6 ay qaldığı üçün digər klublarla transfer danışıqları apara biləcək.

İrfan Can Kahvecinin meneceri William D’Avila, İrfan Can Kahveci ilə bağlı “Radyospor”-a açıqlama verib.

Onun meneceri D’Avila, “Fenerbahçe”-nin hələ müqaviləni uzatmaq üçün iclas keçirmədiyini bildirib.

Açıqlamada: “Hazırda heç bir inkişaf yoxdur. Təbii ki, variantlarımız çoxdur. Hazırda “Fenerbahçe” ilə yeni müqaviləni müzakirə etməmişik. Hər zaman müzakirələrə açığıq”.- bildirilib.

İrfan Can Kahveci, “Fenerbahçe”-də 142 matçda forma geyinib. Türkiyəli futbolçu 30 qol vurub, 28 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçu, Türkiyə kubokunun qalibi olub.