İrfan Can Eğribayatın kədərli günü

Bakı, 4 iyul, Sporaz.tv

Fenerbahçeİrfan Can Eğribayatın atasının dünyasını dəyişdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın futbolçusu İrfan Can Eğribayatın atası dünyasını dəyişib. “Sarı-göylü” komanda sosial şəbəkədə paylaşım edərək təcrübəli futbolçuya başsağlığı verib. “Fenerbahçe”dən verilən açıqlamada deyilir:

“İrfan Can Eğribayata başsağlığı veririk. Qapıçımız İrfan Can Eğribayatın dəyərli atası Ökkeş Eğribayatın vəfat etməsi xəbərini böyük kədərlə öyrəndik. Allah rəhmət eləsin mərhum Ökkeş Eğribayata; İrfan Can Eğribayata başda olmaqla bütün Eğribayat Ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı veririk”.

Bahar Rüstəm