Bakı, 30 oktyabr, Sporaz.tv
AFF (Azərbaycan Futzal Federasiyası) “Çarşı Bakı” və “Yasamal Bakı“nın futbolçularını cəzalandırıb.
Sporaz.tv xəbər verir ki, “Çarşı Bakı”nın futbolçusu Çingizxan Qurbanov, Yasamal Bakının futbolçusu Mirəhməd Məmmədov cəza alıb.
Mövzu ilə bağlı AFF-nin açıqlaması:
27.10.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 2-ci turunda keçirilən “Çarşı Bakı” – “Yeni Suraxanı” oyununda, “Çarşı Bakı” komandasının oyunçusu Çingizxan Qurbanovun oyunun 9-cu dəqiqəsində ciddi kobud oyun səbəbindən bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
29.10.2024-cü il tarixində keçirilən “Yasamal Bakı” – “Neftçi” İK İB oyununda, “Yasamal Bakı” komandasının oyunçusu Mirəhməd Məmmədovun oyunun 13-cü dəqiqəsində söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bahar Rüstəm