Bakı, 13 iyul, Sporaz.tv
İtaliya A Seriyasının komandalarından olan “İnter” ,”Porto“dan ayrılan Mehdi Taremini heyətinə qatdığını açıqlayıb. Taremi ilə 3 illik müqavilə imzalandığı bildirilib.
Sporaz.tv məlumat verir ki, A seriyasında ötən mövsümün çempionu olan “İnter” hücum xəttini Mehdi Taremi ilə gücləndirib.
İtaliya komandasının verdiyi açıqlamada “Porto”dan ayrılan Mehdi Taremi ilə 3 illik razılığın əldə edildiyi bildirilib.
“İnter” daha əvvəl yay transfer pəncərəsində Piotr Zielinski və Josep Martinezi heyətinə qatmışdı.
Futbolçu karyerasına İrancavanda başlayan Taremi daha sonra Shahin Bushehr, Persepolis, Al-Gharafa, Rio Ave və Porto klublarında çıxış edib.
Taremi karyerası ərzində 386 matçda 192 qol vurub və 91 məhsuldar ötürmə edib.