“İnter”, Lautaro Martinezin müqaviləsini 5 il uzatdı

Bakı, 12 avqust, Sporaz.tv

İtaliya nəhəngi “İnter“, komandanın kapitanı Lautaro Martinezlə müqaviləni 2029-cu ilə qədər uzadıb.

Sporaz.tv xəbər verir ki, Milan komandası, komandanın kapitanı Lautaro Martinezlə müqavilənin 5 il müddətinə uzadıldığını açıqlayıb.

26 yaşlı oyunçu, 2018-ci ildə Argentinanın “Racing” komandasından 25 milyon avroya transfer olunub.

Lautaro Martinez, “İnter”də 6 mövsümdə 282 oyun keçirib, 139 qol vurub və 42 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu, 2 Seriya A, 2 İtaliya Kuboku və 3 İtaliya Superkubokunu qazanıb. Martinez, 2022-2023 mövsümündə Çempionlar Liqasının finalında Manchester City (Mançester Siti)-yə qarşı oynayıb. İstanbulda keçirilən nəhəng finalda “İnter” 1:0 hesabı ilə məğlub olub.

Argentinalı futbolçu, bir il “İnter”də “Galatasaray”ın futbolçusu Mauro İcardi ilə birgə çıxış edib.