Bakı, 14 noyabr, Sporaz.tv
Dünyanın aparıcı yarımmüdafiəçilərindən sayılan Hakan Çalhanoğlunun adı “Bayern Münih” ilə hallanıb. “İnter“-də çıxış edən türkiyəli futbolçu ilə daha bir dünya nəhənginin maraqlandığı iddia edilirdi.
Sporaz.tv məlumat verir ki, “İnter”-dəki çıxışı yüksək qiymətləndirilən Hakan Çalhanoğlu üçün iki dünya nəhəngi üz-üzə gəlib.
Adı “Bayern Münih”(Bavariya) ilə hallanan Hakan Çalhanoğlu ilə “Manchester City“(Mançester Siti)-nin də maraqlandığı iddia edilib.
Rodri mövsümü başa vurduqdan və ardıcıl xallar itirildikdən sonra Pep Guaridolanın yarımmüdafiəni gücləndirmək üçün transfer istədiyi bildirilib.
Kevin de Bruyne-nin komandadakı gələcəyinin qeyri-müəyyən olduğu bildirilsə də, Todofichajesdəki xəbərdə Hakan Çalhanoğlunun İngiltərə komandası üçün mükəmməl olduğu vurğulanıb.
“İnter”-in Hakan Çalhanoğlu üçün 45 milyon avro istədiyi və “Manchester City”-nin bu rəqəmi rahatlıqla qarşılaya biləcəyi bildirilib.
Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində 12 oyun keçirib. 30 yaşlı futbolçu bu matçlarda 4 qola imza atıb.