Bakı,12 iyun, Sporaz.tv
İtaliya təmsilçisi “İnter” futbolçusu Nicolo Barella ilə müqavilə müddətini uzadıb.
Sporaz.tv “Report”a istinadən məlumat verir ki, yarımmüdafiəçi daha 5 il Milan klubunun şərəfini qoruyacaq.
27 yaşlı oyunçu 2019-cu ildən “İnter”də çıxış edir.
Qeyd edək ki, N.Barella 2023/2024 mövsümündə meydana çıxdığı 48 oyunda 2 qol vurub.