Bakı, 6 oktyabr, Sporaz.tv
“İnter”, A Seriyasında “Torino“-ya 3:2 hesabı ilə qalib gələrək, zirvəyə qalxmağa davam edib. Marcus Thuram het-trik edib.
Sporaz.tv məlumat verir ki, A Seriyasının 7-ci həftəsində “İnter” və “Torino” Giuseppe Meazzada üz-üzə gəlib.
Qonaq komanda Maripan 20-ci dəqiqədə qırmızı vərəqə alıb. “İnter”, 25-ci dəqiqədə Marcus Thuramın vurduğu qolla 1:0 önə keçib. Fransız futbolçu, 35 və 60-cı dəqiqələrdə də fərqlənib. “Torino”-da isə 36-cı dəqiqədə Duvan Sapata, 86-cı dəqiqədə isə Vlasicin penalti zərbəsi ilə önə keçib.
A seriyasında 4-cü qələbəsini qazanan “İnter” xallarını 14-ə yüksəldib. Cari mövsümdə ikinci məğlubiyyətini alan “Torino” 11 xalda qalıb.