İngiltərə yığmasının heyəti açıqlanıb

Bakı, 6 iyun, Sporaz.tv

Komandalar iyunun 14-də Almaniyada start götürəcək 2024-cü il futbol üzrə Avropa çempionatı öncəsi heyətlərini açıqlamağa davam edir. İngiltərənin C qrupunda yer alan heyəti açıqlanıb.

Sporaz.tv xəbər verir ki, AVRO-2024 C qrupunda Sloveniya, Danimarka və Serbiya ilə mübarizə aparacaq İngiltərənin heyəti açıqlanıb.

Böyük heyətdə yer alan Jack Grealish, Harry Maguire, James Maddison, Jarrad Brantwhaite, James Trafford, Curtis Cons və Jarrell Quansah turnirin heyətindən kənarlaşdırılıb.

İngiltərə millisinin AVRO 2024-ün heyətində adları təqdim edirik:

Qapıçı: Dean Henderson, Jordan Pickford, Aaron Ramsdale

Müdafiəçilər: Lewis Dunk, Joe Gomez, Marc Guehi, Ezri Konsa, Luke Shaw, John Stones, Kieran Trippier, Kyle Walker.

Yarımmüdafiəçi: Trent Alexander-Arnold, Conor Gallagher, Kobbie Mainoo, Declan Rice, Adam Wharton.

Hücumçular: Jude Bellingham, Jarrod Bowen, Eberechi Eze, Phil Foden, Anthony Gordon, Harry Kane, Cole Palmer, Bukayo Saka, Ivan Toney, Ollie Watkins.

Vüqar ALIŞOV