Bakı, 19 noyabr, Sporaz.tv
İngiltərənin “Aston Villa” klubu Morqan Rocersin sözləşməsinin müddətini uzadıb.
Sporaz.tv xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərə millisinin üzvü cari mövsümdə komandanın heyətində 15 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.