Bakı, 28 oktyabr, Sporaz.tv
Premyer Liqanın zirvəsi uğrunda keçirilən “Arsenal” – “Liverpool” (Liverpul) matçı 2:2 hesabı ilə başa çatıb. “Manchester City” (Mançester Siti) həftəni qələbə ilə başa vuraraq, 1 xalla liderliyə yüksəlib.
Sporaz.tv xəbər verir ki, Premyer Liqanın 9-cu turunda “Arsenal” “Liverpool”u (Liverpul) qəbul edib.
“Arsenal” 9-cu dəqiqədə Bukayo Saka ilə hesabda önə keçib. “Liverpul” 18-ci dəqiqədə van Deyklə cavab verdi. Meydan sahibləri ilk hissə bitməmiş Merinosla yenidən hesabda önə keçib. “Liverpul” 80-ci dəqiqədə Məhəmməd Salahla hesabı bərabərləşdirib və matç 2:2 hesabı ilə başa çatıb.
Bu nəticə ilə “Arsenal”ın 18, “Liverpool”un (Liverpul) isə 22 xalı var. “Manchester City” (Mançester Siti) “Southampton”u (Sauthempton) 1:0 hesabı ilə məğlub edərək xallarını 23-ə çatdıraraq liqanın 9-cu həftəsində 1 xal fərqlə liderliyə yüksəlib.