İngiltərədə Rashford mübahisəsi

Bakı,22 may,Sporaz.tv

AVRO-2024-ün favoritlərindən olan İngiltərə yığmasının heyəti açıqlanıb. Markus Rashford və Cordan Hendersonun olmaması adada gündəm yaradıb.

Sporaz.tv xəbər verir ki, Menecer Qaret Sautqeyt 33 nəfərlik siyahı açıqlayıb. Rollarda Kertis Cons, Jarell Quansah, Jarrad Branthwaite və Adam Wharton kimi sürpriz adlar da var idi. Amma ən çox Marcus Rashford və Hendersonun yoxluğu danışıldı.

26 yaşlı Reşford 60 dəfə millinin formasını geyinib və 17 qol vurub. Onlardan üçü Qətərdə keçirilən son dünya çempionatında olub.” Manchester United”(Mançester Yunayted) bu mövsüm zəif çıxış etdiyi halda, Rashford liqada cəmi 7 qol buraxıb.

Southgate dedi: “Çətin seçim idi, amma mən Rashfordun mövqeyində oynayan hər kəsin ondan daha yaxşı bir mövsüm keçirdiyini düşünürdüm. Bu qədər sadədir”. Komandanın açıqlanmasından sonra Rashford İnstaqramda yazıb: “Qarete və oğlanlara qarşıdakı turnirlərdə uğurlar arzulayıram”. 



Vüqar ALIŞOV