İngiltərə və Sloveniya 1/8 finalda

Bakı, 26 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) C qrupunun son oyununda İngiltərə Sloveniya milliləri 0:0 hesablı heç-heçə edib.

Sporaz.tv məlumat verir ki, futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO 2024) C qrupunun son oyununda 0:0 hesablı heç-heçə edən İngiltərə və Sloveniya əl-ələ verib növbəti mərhələyə adlayıb.

Köln stadionunda keçirilən qarşılaşmaya hər iki komanda nəzarətli şəkildə başlayıb. Hər iki komandanın mövqe tutmaqda çətinlik çəkdiyi qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Turnirin ən gərgin qarşılaşmalarının keçirildiyi və çoxlu heç-heçənin qeydə alındığı C qrupunda liderliyə iddialı son matçlara 3 komanda çıxıb.

Qarşılaşmalardan əvvəl İngiltərə 4 xalla liderdisə, Danimarka və Sloveniyanın hərəyə 2 xalı var idi. Bir xalla Serbiya sonuncu yerdədi.

Son matçların hər ikisi qolsuz başa çatdığından İngiltərə qrupu lider kimi başa vurub. Sloveniya isə ən yaxşı üçüncü yerlərdən 1/8 finala vəsiqə qazana bilib.

C qrupunda Sloveniya heç bir qələbə qazanmadan növbəti mərhələyə yüksəlib.

Sloveniya keçirdiyi 3 oyunun hamısında heç-heçə edərək qrupunu 3-cü yerdə başa vurub.

Yarışın ən yaxşı oyunçusu sloveniyalı Adam Cerin seçilib.