İngiltərə, Southgatın yerinə namizədlər seçir

Bakı, 15 iyul, Sporaz.tv

İngiltərə ardıcıl 2-ci Avropa çempionatının finalında məğlub olaraq kuboku son anda əldən verdi. Britaniya mətbuatının yazdığına görə,  Gareth Southgatein yerinə mümkün namizədlər müəyyənləşib.

Sporaz.tv xəbər verir ki,İngiltərə Milli Komandası ardıcıl ikinci Avropa çempionatının finalından əliboş qayıdıb. AVRO-2020-də İtaliyaya penaltilərlə uduzan ingilislər AVRO-2024-də İspaniyanın son dəqiqələrdə vurduğu qolu ilə kuboku son anda əldən verdi.

İngiltərə Futbol Federasiyasının Gareth Southgatin yerinə namizədləri müəyyən etdiyi iddia edilib.

The Telegraph qəzetinin xəbərinə görə, siyahının başında “ Newcastle United”in baş məşqçisi Eddie Howe qərarlaşıb.

Thomas Tuchel ya da Mauricio Pochettino da İngiltərə milli komandasına rəhbərlik etmək üçün təklif edilməsi planlaşdırılan adlar arasındadır.