Bakı, 16 oktyabr, Sporaz.tv
İngiltərə Futbol Federasiyası Thomas Tuchelin millinin baş məşqçisi təyin edildiyini açıqlayıb.
Sporaz.tv xəbər verir ki, futbol üzrə 2024-cü il Avropa çempionatından sonra Gareth Southgate ilə yollarını ayıran İngiltərə millisinin yeni çalışdırıcısı bəlli olub.
Sautqeytin gedişindən sonra müvəqqəti olaraq vəzifəsini yerinə yetirən Li Karslinin noyabrda keçiriləcək UEFA Millətlər Liqası matçlarında komandanın rəhbəri olacağı, Thomas Tuchelin isə 2025-ci il yanvarın 1-dən vəzifəsinə başlayacağı bildirilib. Açıqlamada Anthony Barrynin Thomas Tuchelin komandasına daxil ediləcəyi də bildirilib.
İngiltərə Futbol Federasiyasının CEO-su Mark Bullingham açıqlamasında deyib: “Dünyanın ən yaxşı məşqçilərindən biri olan Thomas Tuchel və Anthony Barry ilə razılaşdığımız üçün çox şadıq. Gareth istefaya göndərildikdən sonra biz namizədləri incələdik və kriteriyalarımıza görə qiymətləndirdik. Tomas və komandasının tək məqsədi 2026 Dünya Kubokunu qazanma şansımızı maksimuma çatdırmaqdır.”
Thomas Tuchel isə bu sözləri deyib: “İngiltərə Milli Komandasına rəhbərlik etmək şərəfinə layiq görüldüyüm üçün çox qürur duyuram. Uzun müddətdir ki, bu ölkədəki oyun üçün şəxsi hisslərim var. Təmsil etmək şansına sahib olmaq böyük imtiyazdır. İngiltərə və bu xüsusi oyunçu qrupu ilə işləmək imkanı çox həyəcan vericidir.”
Thomas Tuchel, Fabio Capello və Sven-Goran Erikssondan sonra İngiltərə millisini çalışdıran üçüncü əcnəbi məşqçi olacaq.
Tuchel, karyerasında ilk dəfə milli komandada çalışacaq. Alman çalışdırıcı daha əvvəl “Bayern München”, “Chelsea”, PSG, Dortmund “Borussiya”sı və Mainz klublarını çalışdırıb.