İngiltərə Danimarkanı məğlub edə bilmədi

Bakı, 20 iyun, Sporaz.tv

Futbol üzrə Avropa çempionatında həyəcan Danimarka İngiltərə matçı ilə davam edib. İlk hissədə qolların vurulduğu qarşılaşmada tərəflər 1:1 hesabı ilə bərabərə qalıb.

Sporaz.tv məluamt verir ki, “AVRO-2024“ün C qrupunda Danimarka və İngiltərə milliləri qarşılaşıb. İlk hissədə qolların vurulduğu mübarizədə qalib müəyyənləşməyib.

İngiltərə 18-ci dəqiqədə Harry Kanenin qolu ilə 1:0 önə keçdi. 34-cü dəqiqədə Morten Hjulmandın uzaq məsafədən vurduğu qol matçı bərabərləşdirib.

Qarşılaşmanın qalan hissəsində qol qeydə alınmadığından tərəflər meydandan 1:1 hesab ilə heç-heçə ayrılıb.

Bu nəticə ilə İngiltərə ikinci matçın sonunda 4 xalla qrup lideri olub. Danimarka isə ikinci matçında heç-heçə edərək xalını 2-yə yüksəldib.

Danimarka: Schmeichel, Andersen, Vestergaard, Christensen, Maehle, Kristiansen, Höjbjerg, Hjulmand, Eriksen, Wind, Höjlund.

İngiltərə:Pickford, Walker, Stones, Guehi, Trippier, Rice, Alexander-Arnold, Saka, Bellingham, Foden, Kane.