İngilis nəhəngi “Victor Osimhen”lə maraqlanır

Bakı, 26 iyul, Sporaz.tv

Premyer Liqa çempionluğu uğrunda mübarizə aparacaq “Arsenal“ın gündəmində mərkəz hücumçusu var. Bu istiqamətdə işlərini davam etdirən İngiltərə komandası, “Fenerbahçe“(Fənərbağça)nin baş məşqçisi Jose Mourinhonun “Didier Drogba“(Didye Droqba)ya bənzətdiyi Victor Osimhenlə maraqlanır.

“Napoli”dən ayrılacağı dəqiq hesab edilən Victor Osimhenin yeni ünvanı “Arsenal” ola bilər.

 Sporaz.tv məlumat verir ki, Chelsea, Manchester United və Milanın yarışdan çəkilməsindən sonra Osimhenin transferi üçün ən ciddi namizədlərdən biri kimi Arsenal göstərilir.

Di Marzionun xəbərində “Arsenal”ın 25 yaşlı hücumçu ilə maraqlandığı, lakin hələlik konkret addım atmadığı bildirilib. Paris Sen-Jermen klubunun nigeriyalı futbolçuya ciddi namizədlərdən biri olduğu bildirilib.

“Fenerbahçe”nin baş məşqçisi Joze Mourinyo keçmişdə verdiyi açıqlamada Osimhen haqqında yüksək fikirlər səsləndirib.

Portuqaliyalı məşqçi: “O, Drogba ilə eyni səviyyədədir. Çox pulu olan klubda olsaydım, onu alardım”-deyib.

Osimhen Premyer Liqada çıxış edərsə, onun ünvanının “Arsenal” olacağı dəqiqdir.

Bununla belə, nigeriyalı hücumçunun ən çox ehtimal olunan ünvanının Paris Saint-Germain olacağı gözlənilir, xüsusən də Mbappenin gedişindən sonra.

Victor Osimhen ötən mövsüm “Napoli”nin heyətində 32 oyun keçirib.

25 yaşlı futbolçu bu matçlarda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.