“İnanıram ki, bu il Avroliqaya vəsiqə qazanacağıq”

Bakı, 2 noyabr, Sporaz.tv

Misli Premyer Liqasının XII turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi”nin qonağı olub.

Sporaz.tv xəbər verir ki, 0-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Araz-Naxçıvanın”nın üzvü Turan Vəlizadə oyunla bağlı təəssüratlarını bölüşüb:

Oyun haqqında düşüncələriniz?

-Oyun yaxşı keçdi. Kollektiv şəkildə yaxşı mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq.

Qırmızı kart veriləndə etirazınız nə idi?

-Video görüntülərdə də açıq aydın görünürdü ki, mənim müdaxiləm oyunçuya yox, topa idi. Kənardan baxanda topun trayektoriyası bəlli olur. Mən topa müdaxilə edəndən sonra top geri getdi. Düşünürəm ki, topun epizod qırmızı kartlıq deyildi. Bilmirəm niyə hakim qırmızı kart verdi.

Keçən mövsümlə müqayisədə bu mövsüm liqada yaxşı çıxış edirsiz. Bu ani inkişafın səbəbi nədir?

-Kollektivimiz çox yaxşıdır. Hər oyuna maksimum hazırlaşırıq. İnanıram ki, bizim üçün daha yaxşı olacaq.

Bu mövsüm avropa liqası hədəfi var mı?

-Əlbəttə var. Biz hər oyunda maksimum xal qazanmaq matçlara çıxırıq. İnanıran ki, Avroliqaya vəsiqə qazanacıq.

Bahar Rüstəm

Leave a Reply