Immobile İcardinin Superkubok rekordunu qırıb

Bakı, 3 avqust, Sporaz.tv

Beşiktaş“ın “Galatasaray“la Superkubok matçının 21-ci saniyəsində qol vuran Ciro Immobile, 51-ci saniyədə Mauro İcardinin qol rekordunu qırıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm Ziraat Türkiyə Kubokunun qalibi olan “Beşiktaş” Turkcell Super Kuboku matçında Trendyol Super Liqasının son çempionu “Galatasaray”la üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda oynanılan matçın 21-ci saniyəsində səhnəyə çıxan və qol vuran Immobile karyerasına Beşiktaşda qolla başlayıb.

İtaliyalı mərkəz forvardı ilk rəsmi matçında Superkubok tarixində ən erkən qolu vurmaqla tarixə düşüb.

2006-cı ildən Superkubok adı altında keçirilən qurumda ən erkən qolu 7 aprel 2024-cü ildə Şanlıurfada oynanan və tamamlana bilməyən “Galatasaray”-“Fenerbahçe” derbisinin 50-ci saniyəsində İcardi vurub.

Bahar Rüstəm