Immobile 5-0 hesablı qələbə ilə “Matçın adamı” mükafatını aldı

Bakı, 4 avqust, Sporaz.tv

Beşiktaş“ın yeni transferi italiyalı mərkəz hücumçusu Ciro Immobile Turkcell Superkubok matçında vurduğu 2 qola görə matçın oyunçusu seçilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın italiyalı mərkəz hücumçusu Ciro Immobile, Turkcell Superkubok matçının oyunçusu seçilib.

Oyunda vurduğu 2 qolla çempionatda önəmli rol oynayan Immobileyə mükafatını Turkcell İdarə Heyətinin sədri Şenol Kazancı təqdim edib.

Bahar Rüstəm