“İmişli” Əsgər Abdullayev ilə yollarını ayırıb

Bakı, 31 may, Sporaz.tv

I Liqada mübarizə aparan “İmişli” baş məşqçi Əsgər Abdullayev ilə yollarını ayırıb.

Sporaz.tv klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi 62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Buna ötən mövsüm nəticənin planlaşdırılan kimi olmaması səbəb olub.

Ə. Abdullayevlə yanaşı, köməkçiləri də istefaya göndəriliblər.

Qeyd edək ki, “İmişli” başa çatan mövsümü 47 xalla dördüncü pillədə bitirib.