İlkay Gündoğanla bağlı “Barcelona”dan açıqlama

Bakı, 4 sentyabr, Sporaz.tv

Barcelona” prezidenti Joan Laporta, İlkay Gündoğanın gedişinin iqtisadi səbəblərlə bağlı olmadığını bildirib. Laporta, “Manchester City“(Mançester Siti) ilə müqavilə imzalayan İlkay Gündoğanın idman səbəbi ilə bağlı ayrıldığını bildirib.

Sporaz.tv məlumat verir ki, Joan Laporta, klubun maliyyə vəziyyəti və yay transfer dövründəki işi ilə əlaqəli mətbuat konfransı keçirib.

Laporta, yay transfer pəncərəsini yaxşı başa vurduqlarını və Dani Olmonun əsas prioritet olduğunu söylədi.

Komandadan ayrılan İlkay Gündoğan haqda danışan Laporta, bu qərarın iqtisadi səbəblərlə bağlı olmadığını bildirib.

İlkay Gündoğanın “Barcelona”-nın baş məşqçisi Hansi Flicklə görüşdükdən sonra komandadan ayrılmaq istədiyinə dair diqqət çəkən məqama Laporta belə açıqlama verrib :”O, əla oyunçu və mükəmməl insandır. Birlikdə çalışdığımız illərdə onun necə bir insan olduğunu biz müşahidə etmişik. Ancaq sonra Hansi Flick ilə görüşən və komandanın vəziyyətini görən Hansi Flick, vəziyyəti qiymətləndirdikdən sonra ayrılmaq istədi. İlkayın gedişi iqtisadi deyil, idman qərarı idi. Təbii ki, bunun da müsbət iqtisadi təsiri oldu”.

İngiltərə Premyer Liqasında 2022/23 mövsümündə “Manchester City” ilə 3 kubok qazanan İlkay Gündoğan, müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb.

Təcrübəli futbolçu, ötən mövsümün əvvəlində “Barcelona” ilə müqavilə imzalayıb. Bir mövsüm “Barcelona”da çıxış edən İlkay Gündoğan, danışıqlardan sonra müqaviləsini ləğv edib.

İlkay Gündoğan, “Barcelona”-dan ayrıldıqdan qısa müddət sonra yenidən “Manchester City” ilə anlaşıb.