İlkay Gündoğanın transferi rəsmən açıqlanıb

Bakı, 23 avqust, Sporaz.tv

Manchester Cityİlkay Gündoğanı yenidən heyətinə qatdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki,”Manchester City” “Barcelona“da çıxış edən İlkay Gündoğanı yenidən heyətinə qatıb. Klub bu transferi sosial şəbəkədə xüsusi video ilə elan edib.

“Manchester City”dən verilən açıqlamada İlkay Gündoğanla 1 illik müqavilə imzalandığı bildirilib. Gündoğan imzalandıqdan sonra verdiyi açıqlamada: “Manchester City”də keçirdiyim 7 il mənim üçün həm meydanda, həm də meydandan kənarda saf xoşbəxtlik dövrü oldu. Mən bir insan və oyunçu kimi böyüdüm, “City” azarkeşləri ilə xüsusi münasibət qurdum və inanılmaz uğur əldə etdim. Bu, mənim həyatımın qeyri-adi bir təcrübəsidir. Buraya qayıtmaq fürsətinin olması çox böyük xoşbəxxtlikdir” dedi.

İlkay Gündoğan açıqlamasına belə davam edib: “Pepə olan hörmətimi hər kəs bilir. O, dünyanın ən yaxşı meneceridir və onunla hər gün işləmək səni daha yaxşı oyunçu edir. Özünü daim meydan oxuyursan, hər bir peşəkarda tam olaraq istədiyin şey budur. Onunla işləmək üçün səbirsizlənirəm” dedi.

Bahar Rüstəm