İlkay Gündoğanın transferi ilə bağlı razılıq əldə olunub

Bakı, 21 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Manchester City“(Mançester Siti), sabiq futbolçusu İlkay Gündoğanı heyətinə qatır. Təcrübəli futbolçu “Manchester City” ilə 1 illik opsiya ilə 2 illik müqavilə imzalayacaq.

İlkay Gündoğan, yenidən “Manchester City”nin formasını geyinməyə hazırlaşır.

“Manchester City” ilə İlkay Gündoğanın müqavilə şərtləri ilə bağlı razılığa gəldiyi və İlkayın “Manchester City” ilə 1 illik opsiya ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Barcelona“nın İlkay Gündoğanın müqaviləsinə xitam verəcəyi, təcrübəli futbolçunun isə iki illik maaşından imtina edəcəyi qeyd edilib.

İlkayın keçən mövsüm matçların 60 faizindən çoxunda oynadığı üçün müqaviləsinin üçüncü ilinin aktivləşdiyi bildirilirdi.

İlkay Gündoğan, keçən il müqaviləsi başa çatdıqdan sonra “Manchester City”dən ayrılıb.

“Manchester City” ilə müqaviləsi başa çatdıqdan sonra “Barcelona”ya imza atan İlkay, bir mövsümdən sonra yenidən Premyer Liqada çıxış edəcək.

“Manchester City”də Pep Guardiola dövrünün ilk transferi olan İlkay Gündoğan, Premyer Liqa komandasında 304 matça çıxıb.

İlkay, bu matçlarda 60 qol vurub, 38 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu “Manchester City” ilə Premyer Liqada (5), Çempionlar Liqasında, F.A. Kuboku (2), İngiltərə Liqa Kubokunu (4) və İcma Qalxanını (2) qazandı.