İlkay Gündoğandan transfer açıqlaması

Bakı, 8 avqust, Sporaz.tv

İstanbula gələn “Barcelona“nın türkiyəli futbolçusu İlkay Gündoğan ona qarşı irəli sürülən transfer iddialarına cavab verib.

Sporaz.tv xəbər verir ki, adı “Fenerbahçe” və “Galatasaray“la hallanan “Barcelona”nın yarımmüdafiəçisi İlkay Gündoğan transfer iddialarına cavab verib.

İstanbula gələrək iki günlük məzuniyyətindən istifadə edən İlkay, onu hava limanında qarşılayan mətbuat mənsublarına Superliqaya transfer olacağı iddialarını soruşaraq, “Bir gün ola bilər, amma bu deyil. Bu, mənim şansımdır, amma… Mən çox xoşbəxtəm, mən Türkiyəni çox sevirəm burada”.

Bahar Rüstəm