İlkay Gündoğandan sonra “Barcelona”da daha bir ayrılıq iddiaları

Bakı, 22 avqust, Sporaz.tv

İlkay Gündoğanla yollarını ayırmağa hazırlaşan “BarcelonaVitor Roquenin icarə transferi üçün “Real Betis“lə danışıqlar aparır.

Sporaz.tv xəbər verir ki, La Liqada mövsümə qələbə ilə başlayan “Barcelona” xərc limiti ilə yeni transferlərinə yer ayıra bilməyib.

İlkay Gündoğanla yollarını ayırmağa hazırlaşan Kataloniya komandası başqa adın komandadan ayrılması üçün danışıqları davam etdirir.

“Barcelona”nın ötən mövsümün fasiləsində komandaya qoşulan Vitor Roquenin transferi üçün “Real Betis”lə danışıqlar apardığı bildirilib.

Dani Olmonu hələ heyətinə qeydiyyatdan keçirməyən “Barcelona”nın komandadan ayrılacaq adlardan sonra Olmonu siyahıya daxil edəcəyi gözlənilir.

“Real Betis”in Vitor Roqueni icarəyə götürmək istədiyi bildirilərkən, iki klubun ikinci il və satın alma variantı üzərində işlərini davam etdirdiyi bildirildi.

Roquenin “Barselona”ya məşq üçün getmədiyi və transferin qısa müddətdə tamamlanacağı qeyd edilib.

Braziliyalı futbolçunun baş məşqçi Hansi Flickin planları arasında olmadığı bildirilib.

Vitor Roquenin də Səudiyyə Ərəbistanından təklif aldığı, lakin gənc futbolçunun karyerasını Avropada davam etdirəcəyi bildirilib.

Futbol karyerasına Braziliyanın America MG komandasında başlayan Vitor Roque daha sonra “Cruzeiro” və “Athletico Paranaense”də çıxış edib.

Roque bu ilin yanvarında 40 milyon avroya “Barcelona”ya transfer olunub.

Karyerası boyunca 118 matça çıxan 19 yaşlı futbolçu 37 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bahar Rüstəm