İlkay Gündoğandan irqçiliyə reaksiya

Bakı, 4 iyun,Sporaz.tv

Almaniya Milli Komandasının türk əsilli kapitanı İlkay Gündoğan Almaniya Milli Futbol Komandası ilə bağlı keçirilən “irqçi” sorğuya reaksiya verib və belə sorğuların aparılmasının və dəyərləndirilməsinin üzücü olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, Avropa Futbol Çempionatına (AVRO 2024) hazırlaşan Almaniya Milli Komandasının düşərgəsində verdiyi açıqlamada Gündoğan irqçi davranış probleminin bütün dünyada mövcud olduğunu hamının bildiyini vurğulayıb. 

“Beləliklə, son bir neçə ayda, bəlkə də son bir neçə ildə baş verən siyasi proseslərə nəzər saldıqda, bu (sorğu) məni heç də təəccübləndirmir”. Gündoğan, yəqin ki, gələcəkdə də belə olacağını, lakin vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.

“Bununla belə, təəssüf ki, biz bu müddətdə hələ də belə sorğular keçiririk və onlara bu qədər önəm veririk”,

Vüqar ALIŞOV