İlkay Gündoğan üçün “Fenerbahçe”nin təklifi açıqlandı

Bakı, 7 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)nin baş məşqçisi Jose Mourinhonun, “Barcelona“nın yarımmüdafiəçisi İlkay Gündoğanı heyətində görmək istədiyi iddia edilib. “Barcelona”nın yerli mətbuatı, “Fenerbahçe”nin İlkay üçün transfer təklifinin təfərrüatlarını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən “Fenerbahçe”nin, adı “Galatasaray“(Qalatasaray)la da hallanan “Barcelona”nın yarımmüdafiəçisi İlkay Gündoğan üçün təmaslara başladığı iddia edilib.

Sarı-göylülərin çalışdırıcısı Jose Mourinho, Kataloniya klubunun Maliyyə Fair Play çərçivəsində futbolçu satma ehtiyacından istifadə edərək İlkayı heyətinə qatmaq istəyir.

Barcelonada ilk ilində uğurla çıxış edən türk əsilli alman futbolçunun, bir neçə aydan sonra 34 yaşının tamam olacağı və vəzifəsində alternativ olduğu üçün satıla biləcəyi vurğulanıb.

Bundan başqa, xəbərin təfərrüatında təcrübəli futbolçunun bir neçə komanda yoldaşı ilə münasibətinin pis olduğu iddia edilib və belə şərh edilib: “Prezident Laporta və İdman Direktoru Deco soyunma otağındakı yanğının qarşısını almaq üçün müdaxilə etməli olublar. Alman futbolçunun bu davranışından çox məyus oldular”- deyə bildirilib.

Belə bir mühitə addım atan “Fenerbahçe”nin İlkay Gündoğanı almaq üçün “Barcelona” ilə razılığa gəlməyə ümid etdiyi bildirilib və sarı-göylülərin Kataloniya klubuna 20 milyon avroluq transfer təklif etdiyi iddia edilib.

Ancaq Laporta və Deconun, bir mövsüm əvvəl transfer haqqını ödəmədən transfer edilən ulduz futbolçudan daha çox pul qazanmağa ümid etdikləri bildirilib.

Səudiyyə Ərəbistanından da talibləri olan İlkay Gündoğan üçün “Fenerbahçe”nin təklifinin az qala iki qatını ödəyəcək komandaların olduğu iddia edilib.