İlkay Gündoğan transfer qərarını verdi

Bakı, 20 avqust, Sporaz.tv

Adı “Galatasaray “(Qalatasaray) və “Fenerbahçe“(Fənərbağça)-də da hallanan İlkay Gündoğanın gələcəyi ilə bağlı qərar verdiyi iddia edilib. “Barcelona“da çıxış edən Gündoğan, “Manchester City“(Mançester Siti)-yə qayıdır.

Sporaz.tv məlumat verir ki, İlkay Gündoğanın ilan hekayəsinə çevrilən transferi aydınlaşır. Təcrübəli yarımmüdafiəçinin yeni ünvanına qərar verdiyi iddia edilib.

Adı “Galatasaray” və “Fenerbahçe”-də hallanan İlkay Gündoğan, “Manchester City”yə qayıdır.

İlkay Gündoğan “Manchester City”nin baş məşqçisi Pep Guardiola ilə görüşdükdən sonra keçmiş klubuna qayıtmaq qərarına gəlib.

Təcrübəli yarımmüdafiəçinin pulsuz olaraq “Manchester City”yə keçəcəyi gözlənilir.

Xəbərdə “Manchester City”nin futbolçu ilə maaş məsələsində razılığa gəlməsində problem olmadığı bildirilib.

Üstəlik, İngiltərə komandasının, Gündoğana uzunmüddətli müqavilə təklif etməsi gözlənilmir.