Bakı, 2 oktyabr, Sporaz.tv
“Manchester City“(Mançester Siti) səfərdə “Slovan Bratislava”-nı 4:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. “City”-nin fərqləndiyi matçda ilk qolu İlkay Gündoğan vurub.
Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının ikinci həftəsində Slovakiyanın “Slovan Bratsitlava” komandası, İngiltərə təmsilçisi “Manchester United”-ni qəbul edib. “Tehelne Pole” stadionunda keçirilən görüşdə qonaq komanda 4:0 hesabı ilə qalib gəlib.
Manchester City”-yə qələbə gətirən qolları 8-ci dəqiqədə İlkay Gündoğan, 15-ci dəqiqədə Philip Foden, 58-ci dəqiqədə Erling Haaland və 74-cü dəqiqədə James Mcatee vurub.
Ötən həftə Nəhənglər Liqasında “İnter”-lə 0:0 bərabərə qalan “City”, liqa mərhələsində ilk qələbəsini qazanaraq xalını 4-ə yüksəldi. Bratislava isə bu həftə “Celtic“(Seltik)-ə 5:1 hesabı ilə uduzaraq ikinci dəfə meydandan üzülüb və hələ də xal qazana bilməyib.
Çempionlar Liqasının 3-cü həftəsində “Manchester City”, oktyabrın 23-də Çexiya təmsilçisi “Sparta Praqa”nı, oktyabrın 22-də isə “Slovan Bratislava” İspaniyanın “Girona” komandasını qəbul edəcək.