İlkay Gündoğan İstanbula gəlir

Bakı, 8 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) və “Galatasaray“(Qalatasaray)ın transfer gündəmində olduğu iddia edilən “Barcelona“nın ulduzu İlkay Gündoğanın iki günlük məzuniyyətlə İstanbula gələcəyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, transferdə adı “Fenerbahçe” və “Galatasaray”la hallanan “Barcelona”nın yarımmüdafiəçisi İlkay Gündoğanın Türkiyəyə gələcəyi iddia edilib.

İstanbulda Kataloniya klubunun futbolçularına verilən iki günlük məzuniyyətdən istifadə etmək istəyən İlkay hava limanında görüntülənib.

Xəbərdə, qürbətçi futbolçunun Türkiyə komandalarından transfer təklifi aldığı da xatırladılıb.

33 yaşlı futbolçunun, ötən mövsüm transfer olunduğu “Barcelona” ilə 1+1 illik müqaviləsi var.

Əvvəlki mövsümdə 51 matça çıxan İlkay Gündoğan, 5 qol və 14 məhsuldar ötürmə ilə komandasına töhfə verib.